Sionistlər Azzun qəsəbəsində bir fələstinlini şəhid etdilər

QafqazTimes xəbər verir ki, Fələstin mənbələri sionist işğalçılarının əvəllər əsirlikdə olan bir fələstinliyə atəş açaraq onu şəhid etdiklərini bildiriblər.

Yerli mənbələrin məlumatına görə, İordan çayının qərb sahilində, Azzun qəsəbəsində Yəhya Əli Ədvan adlı (27 yaşlı) bir fələstinli şəhid olub.

Fələstin Səhiyyə Nazirliyi açıqlamasında şəhid edilən fələstinlinin ürəyindən güllə yarası aldığını bildirib.

Bununla yanaşı, ötən gün səhər İordan çayının qərb sahilinin şimal-qərbində, sionistlər yaşayan Ariel qəsəbəsində iki gənc fələstinlinin keçirdiyi bir əməliyyatda bir sionist qətlə yetirilib.

Bu əməliyyatdan sonra Fəth hərəkatına bağlı “Əl-Əqsa şəhidləri” hərbi birləşməsi əməliyyata görə məsuliyyəti öz üzərinə götürüb.

Related posts

Həmas: Sionist rejimin məhvi qətidir

Yəhudilər qaçır!

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir