Nigeriyada Qüds günü yürüşü polis hücumuna məruz qalıb / ölən və yaralananlar var

QafqazTimes xəbər verir ki, Livanın Əl-Əhd xəbər saytının məlumatına görə, Nigeriyanın Kaduna əyalətinin Zaria şəhərində Ümumdünya Qüds Günü yürüşü zamanı polisin Nigeriya İslami Hərəkatının üzvlərinə atəş açması nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Əl-Əhd-in məlumatına görə, cümə günü Nigeriyanın bəzi şəhərlərində Ramazan ayının son cüməsi İsrail rejiminin işğal olunmuş Qüdsə hücumlarını pisləyən və Beynəlxalq Qüds Gününü qeyd edən kütləvi nümayişlər keçirilib.

Nümayiş Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin dəvəti ilə təşkil olunub.

Nümayişçilər sionist rejimin Əl-Əqsa məscidinə davamlı hücumlarını və Fələstin xalqına qarşı cinayətlərini pisləyiblər. Nümayişçilər həmçinin müsəlman ümmətini sionist işğalçılarla mübarizəyə dəvət ediblər.

Bundan əvvəl Şeyx Əl-Zəkzaki öz tərəfdarlarını builki Ümumdünya Qüds Gününün əvvəlki illərdən fərqli olması üçün əllərindən gələni etməyə çağırmışdı.

Şahidlərdən biri SaharaReporters xəbər saytına bildirib ki, İslam Hərəkatının üzvləri dinc aksiya keçirdiyi halda qəfil polis hücumu məruz qalıblar.

Etirazçılardan birinin polisin birbaşa atəşi nəticəsində həyatını itirdiyini qeyd edən şahid, əlavə edib ki, daha bir neçə nəfər isə güllə yarası alıb və hazırda xəstəxanadadırlar.

Related posts

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib

Yəmən: Amerika və İsrail gəmilərini vurduq