Sionistlər AB-nin Ayətullah Rəisinin andiçmə mərasiminə nümayəndə göndərməsindən qəzəbləndilər

Qafqaztimes xəbər verir ki, Avropa Birliyinin 3 Avqust çərşənbə axşamı yeni seçilmiş Ayətullah Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Enrike Moranı İrana göndərmə qərarı sionistləri qəzəbləndirib.

Amerika Wall Street Journal -ın müxbiri Lorens Norman, dünən Twitter səhifəsində Moranın Ayətullah Rəisinin andiçmə mərasiminə qatılma qərarını açıqlayan bir tvit yayımlayıb.

Əl-Ərəbi Əl-Cədid internet saytının verdiyi məlumata görə, Avropa Xarici Fəaliyyət Xidməti Baş Katibinin Ayətullah Rəisinin inauqurasiyasında iştirak etməsi xəbərindən sonra İsrail Xarici İşlər Nazirliyi dünən (Bazar ertəsi) Moranın İranın yeni prezidentinin inauqurasiyasında iştirak etməməsini tələb edən bəyanat yayıb.

İsrail Xarici İşlər Nazirliyi bu bəyanatda Avropa Birliyinin İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminə nümayəndə göndərmək qərarını “çaşqınlıq və zəif qərar” adlandırıb.

Related posts

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…

Dünyanı kim qarışdırır?