İran və Oman xarici işlər nazirləri görüşüb

Qafqaztimes xəbər verir ki, Omanın xarici işlər naziri Bədr bin Həmud Əl-Busaidi çərşənbə axşamı Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüş keçirib.

Oman xarici işlər naziri İran İslam Respublikasının rəsmiləri ilə görüşmək və Ayətullah Rəisinin inauqurasiya mərasimində iştirak etmək üçün çərşənbə axşamı səhər Tehrana gəlib. O, Oman Sultanının xüsusi elçisi olaraq andiçmə mərasiminə qatılıb.

Bu, Əl-Busaidinin vəzifəsinə başladıqdan sonra Tehrana ilk səfəridir. Omanın keçmiş xarici işlər naziri Yusif bin Ələvi daha əvvəl İrana bir neçə dəfə səfər etmişdi.

Omanın xarici işlər naziri bir müddət öncə Səudiyyə qəzeti olan Əl-Şərq əl-Avsat-a verdiyi müsahibədə İranın Yəmən böhranının həllindəki rolu ilə bağlı suala cavab olaraq bildirib: “İnanırıq ki, İranın rolu bizim də istəyimiz olan sülh və sabitliyin bərqərar edilməsi səylərini dəstəkləməkdir.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!