Sionist telekanalı “Ərin əl-Əsvəd”in kabusa çevrildiyini etiraf edir

QafqazTimes xəbər verir ki, Nablus qubernatoru İbrahim Ramazan ibrani telekanalına müsahibəsində “Ərin əl-Əsvəd” müqavimət qruplaşmasının döyüşçülərini ümidsizlik üzündən ekstremistlərə çevrilmiş və artıq kontrol oluna bilməyən “yoxsul gənclər” kimi xarakterizə edib.

Bundan əvvəl o, oğullarını işğala müqavimət göstərməyə təşviq edən anaları da övladlarını “intihara” məcbur edən “anormal” analar kimi qələmə vermişdi.

Sionist rejim televiziyasının 11-ci kanalı bu xəbəri dərc edərək yazıb: Ərin əl-Əsvəd Fələstin rəhbərliyi üçün kabusa çevrilib və İsrailin narahatçılığına səbəb olub.

Fələstin Qanunvericilik Şurası sədrinin ikinci müavini Hüseyn Xarişe bu gün İbrahim Ramazanın Ərin əl-Əsvəd döyüşçülərini ifrat və radikal adlandıran bəyanatına cavab olaraq bildirib ki, Nablus qubernatorunun sözləri əslində Fələstin səhnəsində hələ də işğalçı ilə danışıqlara və təhlükəsizlik koordinasiyasına inanan bir neçə nüfuzlu şəxsin mövqeyini ifadə edir. İbrahim Ramazanın sözləri Fələstin xalqının mübarizələrinə və onun uzun müddət fədakarlıq, müqavimət və dəyanət tarixinə təhqirdir. Bütün Fələstin xalqı Ərin əl-Əsvəd qruplarına güvənir və onların verdiyi bəyanatlara və çağırışları müsbət qarşılayır.

Qeyd edək ki, sentyabrın 2-də Məhəmməd Əl-Əziri (Əbu Saleh) və Əbdür Rəhman Sübhün şəhid olmalarının qırxıncı günü şəhidlərin xatirəsinin anma mərasimi keçirildi və bu mərasimdə Ərin Əl-Əsvəd bir davamlı müqavimət qrupu olaraq işğalçılara qarşı mübarizəsini ictimaiyyətə açıq elan etdi və işğalçılara qarşı mübarizəni davam etdirməyə və müqavimət bayrağını qorumağa çalışdığını və bu bayrağın yerə enməsinə imkan verməyəcəyini bildirdi.

Related posts

Yəhudilər Qəzzada döyüşdən qaçır…

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar