Ramallah: Nablusun mühasirəsi Fələstin xalqına qarşı hərtərəfli müharibə elanıdır

QafqazTimes xəbər verir ki, Fələstin administrasiyasının rəsmi sözçüsü Nəbil Əbu Rudeynə çərşənbə günü axşam saatlarında sionist rejimin məsuliyyətsiz siyasətlərinin davamı ilə bağlı xəbərdarlıq edib.

Səma xəbər agentliyinin məlumatına görə Əbu Rudeynə bildirib ki, sionist qüvvələri tərəfindən Nablus vilayətinin doqquz günlük mühasirəsi, şəhər, kənd və düşərgələrə hücumu, Məscidül-Əqsaya hücumun davam etdirilməsi və bu məscidin və İbrahimi hərəminin tarixi statusunun dəyişdirilməsi cəhdi Fələstin xalqına və liderlərinə qarşı hərtərəfli müharibə elan edilməsi deməkdir.

O, bu siyasətlərin davam etdirilməsinin gərginliyi artıracağını və vəziyyətin şiddətlənəcəyini bildirərək qeyd edib ki, sionist hökumət bilməlidir ki, bu siyasət təhlükəsizlik və sabitlik gətirməyəcək, əksinə vəziyyəti təhlükəli edəcək.

Bu fələstinli rəsmi Fələstin xalqının heç bir işğalın davamını qəbul etməyəcəyini vurğulayaraq bildirib ki, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas da bu sionist siyasətlərə qarşı xəbərdarlıqlar edib.

Əbu Rüdeynənin sözlərinə görə, Abbas hesab edir ki, Fələstin xalqının qələbəsi yaxındır və sionist rejimin məhvi çoxlarının düşündüyündən qat-qat yaxındır.

Bu fələstinli rəsmi qeyd edib ki, yeni Fələstin nəsli sionist rejimi məğlub etmək üçün daha çox gücə və əzmkarlığa malikdir və ötən illər ərzində davam edən mübarizə Təl-Əvivin siyasətlərinin iflasa uğramasına səbəb olub.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…