Sionist rejimin Qəzzadakı qəddar hərəkətləri və Tel-Əvivin müqavimətin güclü reaksiyasından narahatlığı

Qafqaztimes xəbər verir ki, Walla xəbər agentliyinin hərbi jurnalisti Əmir Buhbut bildirib ki, Qəzza zolağından gələn xəbərlərə görə Qəzzada dünənki mərasimin yaralılarından ən az üçünün vəziyyəti ağırdır və onlar şəhid olacaqları təqdirdə müqavimət qrupları buna ciddi reaksiya verəcəklər.

Bu İsrail hərbi jurnalistinin bildirdiyinə görə, fələstinlilər Qəzza zolağı ətrafındakı köçəri yaşayış məntəqələrinə doğru yandırıcı hava şarları göndəriblər.

İsrail ordusu bu jurnalistə verdiyi müsahibədə Qəzza zolağının içindən silah səslərinin eşidildiyini iddia edib.

Bir halda ki, Fələstin mediası onlarla fələstinlinin işğalçı hərbiçilərin birbaşa onlara tərəf açdığı atəş nəticəsində yaralandıqlarını yazıb.

Fələstinli qruplar elan ediblər ki, bunun qarşılığında birgə əldə olunan qərar əsasında, çoxlu miqdarda yandırıcı balonları köçəri sionist yaşayış məntəqələrinə göndərmişlər.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!