Avropa Parlamentinin üzvü Bəşər Əsədlə görüşüb

Qafqaztimes xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyindən (SANA) verilən məlumata görə, fransız siyasətçi və Avropa Parlamentinin üzvü Tierry Mariani bir neçə saat əvvəl Suriya prezidenti Bəşər Əsədlə görüşmək üçün paytaxt Dəməşqə gəlib.

Bəşər Əsəd və Tierry Mariani Suriyadakı proseslərlə bağlı müzakirə ediblər. Suriya prezidenti belə qeyd edib: “Sanksiyalar və hərtərəfli blokadalar Suriya xalqının həyatına mənfi təsir edir. Ancaq suriyalılar problemlərini aradan qaldırmaq üçün ideya və fikirlərini ortaya qoymağı yaxşı bacarırlar.”

Bəşər Əsəd Avropa parlamenti üzvünün bu səfərinin müsbət təsirini vurğulayaraq belə əlavə edib: “Terrorizm və ekstremizm Yaxın Şərqdəki yanlış siyasətin nəticəsidir.”

Sonda Suriya prezidenti Avropa Parlamenti ilə mədəni və elmi səviyyədə danışıqların davam etməsinin lazım olduğunu vurğulayıb. Onun fikrincə bu, Qərbin bölgədə və Suriyadakı vəziyyəti olduğu kimi görməsinə imkan verəcəkdir.

Related posts

Dünyanı kim qarışdırır?

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir

Yəmən İsrail gəmisini hədəfə aldı