Sionist rejimin koalisiya kabineti süqut ərəfəsində

QafqazTimes xəbər verir ki, Associated Press-in məlumatına görə, sionist rejimin hakim koalisiyası böyük sınaqlara hazırlaşır. Bazar ertəsi günü işğal olunmuş İordan çayının qərb sahilində sionist mühacirlərin hüquqi statusu ilə bağlı səsvermənin keçirilməsi gözlənilir. Qanun qəbul edilməzsə, zəif kabinet koalisiyası bu gün buraxıla bilər.

Onilliklər boyu davam edən bu fövqəladə qanun İordan çayının qərb sahilindəki sionist mühacirlər üçün ayrıca hüquq sistemi yaratmış və işğal olunmuş ərazilərdə yaşasalar da, İsrail qanunlarının bir hissəsini onlara tətbiq etmişdir.

Bu qanunun müddəti ayın sonunda başa çatır və yenilənməzsə, sionist rejimin 1967-ci ildəki işğalından sonra İordan çayının qərb sahilindəki mühacirlər üçün qurduğu hüquq sistemi sual altına düşəcəkdir. Bu, həmçinin ərazidəki 500 000 mühacirin hüquqi statusunu da dəyişə bilər.

Bu qanunun yenilənməsini müdafiə edənlər hazırkı vəziyyəti qorumaq və koalisiya kabinetini hifz etmək üçün çalışdıqlarını iddia edirlər. Müxaliflər isə deyirlər ki, qanunun vaxtının uzadılması, insan haqları qruplarının apartayd hesab etdikləri işğal olunmuş ərazilərdə israilliləri və fələstinliləri ayrı-ayrı hüquq sistemlərinə şamil edən ədalətsiz sistemi dərinləşdirir.

İdeoloji cəhətdən fərqli səkkiz partiyadan ibarət olan bu koalisiya keçən il bir araya gəldilər və bu koalisiyanın həyatına təhlükə yarada biləcək ixtilaflı məsələlərə məhəl qoymamağa söz verdilər. İndi bu məsələlərdən biri – Fələstin dövlətinin yaradılması və İordan çayının qərb sahilinin sionist rejim tərəfindən işğalı onun süqut ehtimalını artırıb.

Related posts

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı

ABŞ-ın əsil siması

1 şərh

Hail Porn Oktyabr 17, 2022 - 7:50 səhər

Long living the peace

Add Comment