Məşhur suriyalı terrorçu Türkiyənin ən böyük investorlarından biridir

QafqazTimes xəbər verir ki, xüsusi mənbələrin Əl-Aləm-ə verdiyi məlumata görə, Suriyada yerləşən “Ceyşul-İslam” terror qruplaşmasının keçmiş lideri Məhəmməd Alluş Türkiyənin Elazığ şəhərində yerləşən xrom mədən şirkətinin səhmlərinin əksəriyyətini alıb. Bu səhmləri şirkətin əsas səhmdarı olan Məhəmməd Osman Harputlu Alluşa satıb.

Mənbələr Məhəmməd Alluşun 2015-ci ildə Şərqi Qutada öldürülən “Ceyşul-İslam”-ın lideri, əmisi oğlu Zəhran Alluşun əmlak və aktivlərindən təxminən 200 milyon dollar müsadirə etdiyini açıqlayıb. Bu aktivlər Türkiyə banklarına yerləşdirilib və hazırda Alluşun şəxsi hesabına köçürülüb.

Mənbələr əlavə edib ki, bu aktivlər Alluşun şəxsi hesabına köçürüldükdən sonra terrorçu ilə Səudiyyə kəşfiyyat təşkilatı arasında böyük mübahisə yaranıb və məsələ o yerə çatıb ki, səudiyyəlilər Zəhran Alluşun qaynatası Səid Delvaya müraciət edərək ondan bu aktivlərin Ər-Riyada qaytarılması üçün Məhəmməd Alluşa təzyiq göstərməsini istəyiblər.

Mənbələrin bildirdiyinə görə, Məhəmməd Alluş 2013-cü ildən xarici ticarət şirkətləri yaradaraq Türkiyəyə sərmayə qoymaqla məşğuldur. O, həmçinin otellərə, restoranlara və podratçılara böyük sərmayə qoymuş, hazırda Türkiyədə böyük mədən şirkətinin sahibidir.

Related posts

Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik

Şahin Mustafayev və İran səfiri arasında görüş olub