Sionist rejimin keçmiş döyüşçüləri Ukraynada

QafqazTimes xəbər verir ki, ibrani mənbələri cümə günü ukraynalı yaraqlılara təlim keçmək üçün Ukrayna ərazisinə İsrail ordusunun keçmiş xüsusi təyinatlılarının daxil olduğunu bildirib.

Əl-Hudhud xəbər saytı ibrani qəzeti Yedioth Ahronoth-a istinadən xəbər verir ki, hazırda Ukraynada “Sayrat Metkal” da daxil olmaqla, rejim ordusunun xüsusi bölmələrinin keçmiş sionist döyüşçülərindən ibarət gizli təlim qüvvələri mövcuddur.

Yedioth Ahronoth-un sözlərinə görə, bu şəxslər Ukraynaya Rusiya qüvvələrinə qarşı döyüşən ukraynalı yaraqlılara təlim keçmək məqsədilə gəlmiş və hazırda qoşunlara təlim keçməklə məşğuldurlar.

Bu məlumat Ukraynanın işğal olunmuş Fələstindəki səfiri Yevgeni Kornıçukun bu yaxınlarda bir sıra israilli yaraqlıların Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya getdiyini elan etdiyi vaxta təsadüf edir.

Ukraynanın Təl-Əvivdəki səfiri işğal olunmuş ərazilərin sakinlərinin Rusiya ilə müharibədə iştirakı ilə bağlı suala belə cavab vermişdi: “Ukrayna pasportu olan və müharibəyə getmək istəyən hər kəs bunu edə bilər. Mən buna qarşı deyiləm.”

Related posts

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…

Dünyanı kim qarışdırır?