Fələstin arxiyepiskopu: Ukrayna müharibəsi Qərbin ikili siyasətini ifşa etdi

QafqazTimes xəbər verir ki, Ən-Nəşrə xəbər saytının məlumatına görə, Fələstin Ortodoks Yepiskopunun rəhbəri Ətaullah Hana bildirib ki, bu günlərdə dünyada ikili standartların şahidi oluruq. Qərb hökumətləri Ukrayna üçün göz yaşı tökdüyü halda, başqa ölkələrdə yaratdıqları digər müharibələrin qurbanlarına biganə münasibət bəsləyirlər.

Fələstinin ortodoks yepiskopu əlavə edib: “Suriyaya qarşı sui-qəsd qurduqları, müharibə aparıb bu ölkəni məhv etdikləri kimi, İraqı dağıdan, dəhşətli və misli görünməmiş qətllər və müharibə cinayətləri törədən ABŞ və onun müttəfiqləri oldu.”

O, həmçinin qeyd edib: “Fələstin və onun xalqı da hər cür əzab, ağrı və köçkünliyə məruz qaldı, lakin biz indi Ukraynada gördüyümüz həmrəyliyin şahidi olmadıq. Qərb siyasətinin çirkinliyi bu gün ən açıq şəkildə özünü biruzə verir.”

Hana belə əlavə edib: “Bu məsələlər barədə maraqlanan bir çox insanlar yaxşı bilirlər ki, insan haqları və insan ləyaqəti Qərb üçün qətiyyən vacib deyil, yeganə vacib məsələ onların iqtisadi, siyasi və müstəmləkəçilik maraqları və proqramlarıdır.”

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…