Sionist rejimin dronu vuruldu

Qəzzə zolağının şimalında sionist İsrail rejiminə aid bir dron məhv edilib.

Əl-Aləm telekanalının məlumatına əsasən, fələstinli müqavimət dəstələri Qəzzə zolağı Beyt Hanun şəhəri səmasında işğalçı rejimə məxsus bir pilotsuz uçan aparatı məhv ediblər.

Media vasitələri bu PUA haqqında və onun missiyası və necə vurulduğu barədə ətraflı məlumat verməyib.

Fələstin müqavimət dəstələri martın 14-dən etibarən Cənidə işğalçı sionist rejimin 2 PUA-sını məhv ediblər.

Cənin batalyonu PUA-ların vurulma xəbərini rəsmi suətdə bəyanatla media vasitələrinə çatdırıb.

Sionist rejim Fələstin şəhərləri və düşərgələrindəki fələstinli döyüşçülərin geniş müqaviməti qarşısında aciz qaldığına görə, son zamanlar iddia etmişdi ki, hücum PUA-larından istifadə edəcək.

Related posts

Sionist qəsəbə sakinləri Qəzzə humanitar yardım maşınlarının qarşısını alıb

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı