Sionist rejimi İndoneziya ilə münasibətləri normallaşdırmağa çalışır

Qafqaztimes xəbər verir ki, Middle East Monitor-un məlumatına görə, İsrailin Bəhreyndəki səfirliyinin müvəqqəti işlər üzrə vəkili İtai Taqner Manamada keçirilən illik konfransdan sonra İndoneziyanın müdafiə naziri Prabuo Subianto ilə görüşərək münasibətlərin normallaşdırılmasını müzakirə edib.

Fələstin xəbər telekanalı bu barədə bildirib ki, İsrail və İndoneziya arasında intensiv danışıqlar gedir, bunun ardınca Təl-Əviv və Cakarta arasında sülh sazişi imzalanacaqdır.

Görüşlə bağlı əlavə təfərrüatlar açıqlanmasa da, hazırda İsraillə diplomatik əlaqələri olmayan əhali cəhətdən dünyanın ən böyük müsəlman ölkəsinin sionist rejimlə son razılaşmalardan sonra münasibətləri normallaşdırmağa çalışa biləcəyi ilə bağlı fikirlər var.

Qeyd edək ki, sentyabr ayında sionist rejimi Bəhreyndə öz səfirliyini açmış və bu ayın əvvəlində Bəhreyn və sionist rejim baş nazirləri ilk dəfə Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində görüşmüşlər.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…