Rusiya Milli Təhlükəsizlik Şurası Ukraynanın son addımları barədə xəbərdarlıq edib

Qafqaztimes xəbər verir ki, Sputnik-in məlumatına görə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Qorbenkin bazar günü “Rossiyskaya qazeta” qəzetinə bildirib ki, son vaxtlar Ukrayna xüsusi xidmət orqanları və Krım radikal təşkilatlarının səfərbərlik riski, həmçinin Qara dənizdə iqtisadi fəaliyyətlər ciddi şəkildə artıb.

O, əlavə edib ki, bu bölgədə xüsusilə silah, sursat və partlayıcı maddələrin qanunsuz daşınması, narkotik vasitələrin, yüklərin və yanacağın qaçaqmalçılığı ilə bağlı transsərhəd cinayətlər çoxalıb.

Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurası katibinin müavininin sözlərinə görə, Kiyev Krımda və digər yerlərdə yaşayan Rusiya vətəndaşları barədə qarayaxma kampaniyalarını davam etdirməkdədir.

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Dmitri Peskov da NATO dövlətlərini Ukraynaya silah göndərməyi və Rusiya sərhədində təxribat xarakterli fəaliyyətləri dayandırmağa çağırıb.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?