Sionist rejim polisinin seçki məsləhətləri: Özünüzlə silah gəzdirin!

QafqazTimes xəbər verir ki, sionist rejimin hakimiyyət orqanları bu rejimin parlament seçkilərinin keçirilməsi və təhlükəsizliyinin təmin olunmasından çox narahatdırlar.

İbrani kanalı “Kan” bazar günü axşam saatlarında xəbər verib ki, sionist polisi israilli mühacirlərə gələn çərşənbə axşamı keçiriləcək Knesset (Parlament) seçkiləri zamanı silah gəzdirməyi tövsiyə edib.

Bu telekanala görə, bu rejimin təhlükəsizlik xidmətləri Fələstin müqavimət qüvvələrinin xəbərdarlıqlarından danışır və seçki günü sui-qəsd əməliyyatının ola biləcəyindən hədsiz qorxurlar.

Bu 7-ci kanalı həmçinin bildirib ki, son gərginliklərdən sonra sionistlər müqavimət qüvvələrinin İordan çayının qərb sahilində qisas əməliyyatları keçirməyi planlaşdırdıqlarına dair 100 dəfə xəbərdarlıq alıblar.

İbrani xəbər saytı “Valla”nın hərbi müxbiri daa bildirib ki, tezliklə sionist rejimin sərhəd mühafizə qüvvələrinin bir sıra ehtiyat batalyonları gərginliklərlə mübarizə üçün İordan çayının qərb sahilində yerləşdiriləcək.

Fransa xəbər agentliyi Knesset seçkiləri ərəfəsində xəbərdarlıq edib ki, sionist rejimi kiberhücumlar və kiber təhdidlər qarşısında çox həssasdır.

Bu hesabatda bildirilir ki, 10 noyabr çərşənbə axşamı keçirilməsi planlaşdırılan Knesset seçkilərinə bir neçə gün qalmış sionist rejimi xarici rəqiblərin, xüsusilə də İranın kiberhücumlarına və ya təsir kampaniyalarına qarşı hazır vəziyyətdədir.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir