Lula da Silva Braziliyanın prezidenti oldu

QafqazTimes xəbər verir ki, Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunun səsləri hesablandıqdan sonra Lula da Silva 50,81 faiz səs toplayaraq, Braziliyanın növbəti prezidenti seçilib.
Jair Bolsonaro isə eyni zamanda 49,19% səs toplayaraq ikinci dəfə prezident seçkilərində qalib gələ bilməyən Braziliyanın ilk prezidenti oldu. Bolsonaro bu cəhətdən Braziliyanın Trampı adlandırılır.

Braziliyada prezident seçkilərinin ikinci turu bazar günü keçirilib. Oktyabrın 11-də keçirilən birinci turda bu ölkənin keçmiş və solçu prezidenti Lula da Silva səslərin 46,5 faizini, hazırkı radikal prezident Jair Bolsonaro isə 44,8% səslə ikinci tura keçmişdilər.

Braziliyada keçirilən bu seçkilər bu ölkənin bir sıra problemlərlə qarşılaşdığı bir zamana təsadüf edir. New York Times bu barədə yazıb: “Braziliya son on ildə bir böhrandan digərinə keçdi: ətraf mühitin məhv edilməsi, iqtisadi durğunluq, prezidentin impiçmenti, iki prezidentin həbsi və pandemiya (koronavirus).

Bu Amerika qəzetinə görə, “Braziliyadakı tarixçilər bu seçkinin son onilliklərdə ölkə xalqının ən vacib səsverməsi kimi qəbul edildiyini bildirirlər.”

Bu qəzet həmçinin yazıb: “Hazırki prezident Jair Bolsonaro ifrat sağçı populistdir, onun ilk prezidentlik dövrü qarışıqlıq və seçki sisteminə davamlı hücumları ilə diqqət çəkir. O, Amazon tropik meşələrində meşələrin qırılmasını sürətləndirən siyasətlərə, təsdiqlənməmiş Covid-19 peyvəndlərini istifadəyə verməyə və siyasi rəqiblərə, hakimlərə, jurnalistlərə və səhiyyə işçilərinə qarşı sərt hücumlarına görə ölkə daxilində qəzəb və xaricdə isə narahatlıqlar doğurdu.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı