Sionist rejim Ərihada bir fələstinlini şəhid etdi

Bu gün günorta sionist hərbçilərin gülləsinə tuş gələn fələstinli axşam şəhid oldu.

Əl-Aləm telekanalının məlumatına əsasən, Fələstin Səhiyyə Nazirliyi bəyanat yayaraq elan etdi: Ərihanın Əqəbətun-Cəbr düşərgəsinə sionistlərin basqını zamanı ağır yaralanmış 22 yaşlı Mahmud Camal Həsən Həmdan şəhid olub.

Məlumatda deyilir: Qəsbkar İsrail hərbçiləri Əqəbətun-Cəbrə hücum edərək Mahir Şalunun evini mühasirəyə aldıqdan sonra yerli əhaliyə odlu silahlardan atəş açıb.

Fələstin Əsirlər Cəmiyyəti bu silahlı basqında 6 fələstinlinin də əsir götürüldüyünü elan edib.

Qeyd edək ki, İsrail rejim hərbçiləri 3 gündür ki, Əriha və ətraf məntəqələrdə fələstinlilərin evlərinə hücum edir, giriş-çıxış post patrul xidmətlərində əhalini ciddi surətdə yoxlayırlar. Belə ki, yoxlama məntəqələrində saatlarla gecikmələr, uzunmüddətli yoxlamalar həyata keçirirlər.

Related posts

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur

“İsrail Hizbullahla müharibəyə hazır deyil”

Netanyahu: Misirin Cənubi Afrika şikayətinə qoşulması təhlükəlidir