Sionist qırıcıları Qəzza zolağına hücum edib

QafqazTimes xəbər verir ki, bəzi ərəb KİV-ləri cümə axşamı səhər saatlarında İsrail qırıcılarının Qəzza zolağı səmasına daxil olduğunu və bundan sonra ərazidə partlayış səslərinin eşidildiyini bildiriblər.

Yedioth Ahronoth saytı daha sonra xəbəri təsdiqləyərək yazıb: “Qəzza zolağı istiqamətindən Sderota raketi atıldıqdan sonra İsrail ordusu Qəzza zolağında terrorçuların mövqelərinə hücum edib.”

Qüds TV xəbər verir ki, işğalçı rejimin döyüş təyyarələri Qəzza zolağının mərkəzi əyalətində bir məntəqəni bombalayıblar.

Şahab ​​xəbər agentliyi isə Qəzza zolağındakı müxbirinə istinadən bildirib ki, sionist rejimin pilotsuz təyyarələri Nusayratın qərbindəki müqavimət mövqelərini bombalayıblar.

Sionist “Yedioth” saytı xəbərin davamında yazıb ki, Qəzza zolağının mərkəzindəki Həmasa məxsus İsa əl-Batran ərazisinə yeddi raket atılıb.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…