Qatar ayağı qapı arasında qalan qadını yerdə sürüdü (Video izlə)

Ayağı vaqonun qapısı arasında sıxılan qadın platformada sürünüb.

Hadisə Rusiya paytaxtının Yaroslavl dəmir yolu vağzalında qadın qatardan düşmək istəyərkən baş verib.

Müşahidə kamerası tərəfindən qeydə alınan görüntülərdən aydın olur ki, sərnişinin ayağı qapı arasında sıxılıb qalır, başqa sərnişinlər ona kömək etməyə çalışsalar da, maşinist, çox güman ki, sonuncu vaqonda nə baş verdiyini görmədən qatarı işə salır.

Qadın perronda bir müddət sürükləndikdən sonra sərnişinlərin köməyi ilə nəhayət ayağını qapıdan çıxara bilib.

O, xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Related posts

Türkiyəli bərbər müştərilərinə havada xidmət göstərdi – VİDEO

Vulkanın kraterinə ildırım düşdü: Heyrətamiz görüntülər – ANBAAN VİDEO

Ağ Ev ərazisində insidet: Ölən var – FOTO/VİDEO