Sionist ordusunun sualtı qayığı yanğına məruz qalıb

Qafqaztimes xəbər verir ki, ibri dilində yayımlanan “Maariv” qəzeti bazar ertəsi sayında yazıb ki, İsrail sualtı qayığı çərşənbə axşamı təmir üçün Hayfa limanında lövbər salarkən yanğına məruz qalıb.

İbranidilli KİV-in məlumatına görə, yanğın insan səhvi ucbatından və nisbətən geniş şəkildə olub. Nəticədə sualtı qayığın içərisindəki elektrik panellərinə xeyli ziyan dəyib.

Media vurğulayır ki, bu, İsrail hərbi dəniz birləşmələrinin strukturunda təlim və ya digər fəaliyyətlər zamanı baş verən ikinci insidentdir.

Təxminən 4 ay əvvəl İsrail hərbi gəmisinin içərisində baş verən qəza nəticəsində bir İsrail əsgəri ağır yaralanmış və gəmidə yanğın baş vermişdi.

“Maariv” həmçinin İsrail dəniz qüvvələrinin strukturunda insidentlərin əhəmiyyətli dərəcədə artmasına görə yüksək rütbəli bir zabitin bir müddət əvvəl işdən çıxarıldığını və bir sıra məsul şəxslərin töhmət aldığını da açıqlayıb.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir