Rusiya iki alman diplomatı ölkədən çıxarıb

Qafqaztimes xəbər verir ki, RİA Novosti-nin məlumatına görə Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Almaniya hökumətinin Rusiyaya qarşı son qeyri-dost hərəkətinə cavab olaraq iki alman diplomatın ölkədən çıxarıldığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, nazirlik bu gün Almaniyanın Moskvadakı səfirini çağıraraq, iki alman diplomatını Rusiya ərazisindən çıxarmaq qərarı barədə ona məlumat verib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Almaniyanın Rusiyadakı səfiri Almaniya səfirliyinin iki əməkdaşının ölkədən çıxarılması ilə bağlı məlumatlandırılıb. Bu addım Almaniya federal hökumətinin bu yaxınlarda qəbul etdiyi qeyri-dost qərara cavab olaraq atılıb.”

Moskva həmçinin Rusiya tərəfinin Berlinin istənilən mümkün hərəkətinə layiqli cavab verməyə davam edəcəyini vurğulayıb.

Ötən çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalna Bayrbok keçirdiyi mətbuat konfransında Almaniya hökumətinin Gürcüstan vətəndaşının qətli ilə bağlı Rusiyanın Berlindəki səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs adlandırılaraq ölkədən çıxardığını elan etmişdi.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…