Sionist ordusunun daha bir zabiti intihar edib

QafqazTimes xəbər verir ki, ibrani dilində nəşr olunan “İsrael Hayom” qəzetinin məlumatına görə sionist kəşfiyyat idarəsinin bir zabiti bir neçə həftə öncə özünü binadan ataraq intihar edib.

“Əl-Məyadin” qəzetinin məlumatına görə, bu intihar hadisəsi ötən il başqa bir kapitanın cəsədinin tapıldığı binada baş verib.

İstintaqın ilkin təfərrüatlarına görə, məlum olub ki, bu zabit şəxsi zəmində yaranan problemlərinə görə həyatına son qoymaq qərarına gəlib.

Amma “İsrael Hayom” qəzeti bu zabitin intiharı ilə qeyd edilən kapitanın
ölümü və hadisələrin arxasında duran səbəblər arasında danılmaz əlaqənin olduğuna diqqət çəkir.

Bu arada bu sionist qəzeti məlumat əldə edib ki, (keçən il ölən) kapitan T-nin fəaliyyət göstərdiyi bölmədə bu zabitin intihar etməsi yeganə hadisə deyil və işğalçı rejimin ordusunda bundan əlavə bir sıra başqa intiharlar da baş verib. Eləcə də oxşar hadisələr keçən ay da baş vermişdir.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik