İraqın şimalında raket hücumu nəticəsində iki uşaq həlak olub

QafqazTimes xəbər verir ki, İraq Kürdüstanı bölgəsinin yerli rəsmiləri bildiriblər ki, cümə axşamı ölkənin şimal bağlarına raket zərbələri endirilməsi nəticəsində azı iki uşaq həlak olub.

“Russia Today”-in məlumatına görə, İraq Kürdüstanı Terrorla Mübarizə Xidməti raket hücumlarını Türkiyə və ya İraqdakı PKK yaraqlıları ilə əlaqələndirib.

Şimali İraqdakı Əl-İmadiyə rayonunun meri Varsin Süleyman AFP-yə bildirib ki, “Bamrani bölgəsi artilleriya atəşinə məruz qalıb, nəticədə iki yeniyetmə ölüb, iki nəfər isə yaralanıb.”

Kürdüstan Bölgəsi Terrorla Mübarizə Xidməti hücumu kürd üsyançıları ilə əlaqələndirib. Lakin bəzi yerli xəbər mənbələri hücumdan zərər çəkmiş bağların Türkiyə bazasından bir neçə kilometr aralıda yerləşdiyini iddia edir.

Qeyd edək ki, Türkiyənin İraqın şimalında 36 hərbi bazası var və bu bölgələrə qarşı hava hücumları həyata keçirməkdə davam edir. Məhz bu məsələ dəfələrlə Bağdaddakı mərkəzi hökumətin rəsmi reaksiyaları və İraq xalqının qəzəbi ilə qarşılanıb.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO