Sionist mediası: Biz Hizbullahın pilotsuz təyyarəsinə uduzduq

QafqazTimes xəbər verir ki, İsrailin “Kalkalist” qəzetinin cümə günü axşam verdiyi məlumata görə, Livan Hizbullahının pilotsuz təyyarəsinin qarşısını almaq cəhdi sionist ordusu üçün baha başa gəlib.

Kalkalist qəzeti yazıb: “F-16 qırıcıları, Apaçi helikopterləri və “Dəmir qübbə” raketləri Livandan İsrailə nüfuz edən pilotsuz uçan aparatın qarşısını ala bilməyib.”

Kalkalist əlavə edib ki, bu bacarıqsızlıq təhlükəsizlik uğursuzluğu ilə yanaşı, həm də Təl-Əviv ordusu üçün bir iqtisadi uğursuzluqdur. Ona görə də bu rejim belə hücumların qarşısını almaq üçün mövcud və ucuz vasitələrdən istifadə etmək məcburiyyətindədir.

“Hizbullah və HƏMAS hərəkatı bu sahədə özünü yaxşı tanıdıb və onların məqsədi təkcə İsrail PUA-larının hava məkanına nüfuzunun qarşısını almaq deyil, həm də bu imkanlardan istifadə edərək zərbə vurmaq üçün zəmin yaratmaqdır”, – deyə məlumatda bildirilir.

Kalkalist dünən işğal olunmuş ərazilərin şimalında baş verən son hadisəsini şərh edərkən deyib: “İsrail Hərbi Hava Qüvvələri “Dəmir Qübbə” sistemini aktivləşdirdi, F-16 və Apaçi helikopterləri ilə atəş açdı, lakin onlar pilotsuz təyyarənin Livana qayıtmasının qarşısını ala bilmədilər.”

Related posts

Dünyanı kim qarışdırır?

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı