Səudiyyə koalisiyasının təcavüzü nəticəsində 6000-dən çox qadın və uşaq həyatını itirib

QafqazTimes xəbər verir ki, Yəmənin qadın və uşaq hüquqları təşkilatı olan “İntisaf” Səudiyyə-BƏƏ təcavüzkar koalisiyasının səkkiz ildir davam edən təcavüzü nəticəsində həlak olan yəmənli qadın və uşaqların sayı ilə bağlı son statistik məlumatı açıqlayıb.

Əl-Xəbər Əl-Yəməni xəbər saytı “İntisaf” təşkilatına istinadla yazıb ki, Yəmən xalqına qarşı müharibə səkkizinci ilinə qədəm qoyduqca, yəmənli uşaq və analara qarşı daha çox cinayətlər törədilir.

Təşkilat bildirib ki, indiyədək Səudiyyə-BƏƏ koalisiyasının təcavüzü nəticəsində 13 min 313 yəmənli uşaq və qadın həlak olub və ya yaralanıb. Təşkilatın məlumatına görə, bu hücumlarda 6273 qadın və uşaq şəhid olub.

Hücumlarda 2426 qadın və 3847 uşağın həyatını itirdiyini bildirən təşkilat təcavüzkar koalisiyasının təcavüzü nəticəsində 2834 qadın və 4206 uşağın yaralandığını bildirib.

“İntisaf” təşkilatı, həmçinin ötən ilin fevralında Səudiyyə-BƏƏ koalisiyasının təcavüzü ilə bağlı statistik məlumat yayaraq vurğulamışdı ki, Səudiyyə koalisiyasının Yəmənə təcavüzü başlayandan 2021-ci ilin yanvar ayının sonuna qədər 6190 yəmənli qadın və uşaq həyatını itirilmiş, 6898 nəfər isə yaralanmışdır.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…