Sionist hərbi kəşfiyyat rəhbəri: İslam Respublikasının həyatı təhlükədə deyil

QafqazTimes xəbər verir ki, sionist rejimin casus təşkilatının rəhbəri dünən (çərşənbə axşamı) İranda daxili iğtişaşlara baxmayaraq, İran İslam Respublikası üçün heç bir təhlükənin olmadığını vurğulayıb.

Reuters xəbər agentliyinin bununla bağlı məlumatına görə sionist rejimin hərbi kəşfiyyatının rəhbəri Aharon Haliva dünən (çərşənbə axşamı) vurğulayıb ki, daxili iğtişaşlara baxmayaraq, hazırda İran İslam Respublikasının yaşaması üçün “real təhlükə” yoxdur.

Qeyd edək ki, sionist rejimin rəsmiləri dəfələrlə İranda daxili iğtişaşlara dəstək veriblər. İsrail mediası Təl-Əvivdən olan ekspertlərə istinad edərək, bu analitiklərin “İslam Respublikası rejimini devirmək” məqsədi ilə İranda davam edən iğtişaşlardan yararlanmağın vacibliyini vurğuladıqlarını yazıb.

Bununla belə, Aharon Haliva Təl-Əviv Universitetinin Daxili Təhlükəsizlik Araşdırmaları analitik mərkəzində çıxışı zamanı bildirib: “Hesab edirəm ki, etirazlar bir qədər xalq üsyanına çevrilib.”

Bu sionist məmur daha sonra bəzi iğtişaşlar və ictimai əmlaka dəyən ziyana işarə edərək dedi: “Bəzi hadisələrə, hətta onların baş verdiyi saatlara, milli qurumlara, dövlət rəmzlərinə dəyən ziyana, itkilərin sayına baxanda, bu rejimi dərindən narahat edən fərqli bir şey baş verir.”

O, daha sonra bu iğtişaşların İran İslam Respublikası üçün təhlükə yaratmadığını təkid edərək deyib: “Hazırda bu rejim üçün real və ciddi bir təhlükə görmürəm.”

Bundan əvvəl sionist rejimə yaxın medialar da qeyd etmişdilər ki, İsrailin təhlükəsizlik orqanları hazırkı etirazların dəyişiklik yaratmaqda uğurlu olması ehtimalı ilə bağlı bədbindirlər.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir