“Associated Press” müxbirini yalan xəbərə görə işdən çıxardıb

QafqazTimes xəbər verir ki, Associated Press bazar ertəsi müxbirlərindən birini Rusiya və Ukrayna arasında gedən müharibə zamanı Polşanın şərqində ötən həftə baş vermiş raket qəzası ilə bağlı yalan məlumat yaydığına görə işdən çıxarıb.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, “Associated Press” xəbər agentliyinin 32 yaşlı müxbiri Ceyms Laporta verdiyi xəbərdə “Rusiya raketlərinin” NATO hərbi alyansının üzvü olan Polşa ərazisinə düşməsi nəticəsində iki nəfərin öldüyünü yazıb. “Daily Beast” qəzeti Associated Press-in bu hesabatı dərc etdikdən sonra Laportanı işdən çıxardığını bildirib.

Associated Press xəbər agentliyi Polşada bir kənddə baş verən partlayışdan sonra təcili xəbərdə yazmışdı ki, Amerika kəşfiyyat rəsmisi bu partlayışın Rusiya tərəfindən atılan raketlər nəticəsində baş verdiyini bildirib.

Yalnız anonim mənbəyə əsaslanan bu hesabat yanlışlıqla nəticələndi və sonradan bu xəbər orqanı bu hesabata düzəlişlər dərc etdi.

Associated Press tərəfindən dərc edilən düzəlişdə belə yazılıb: “15 noyabr 2022-ci il tarixli hesabatın ilkin versiyalarında Associated Press adının hallanmasını istəməyən mənbəyə istinad edərək səhvən məlumat vermişdi ki, Rusiya raketləri Polşa ərazisinə daxil olmuş və iki nəfərin ölümünə səbəb olmuşdur. Sonrakı xəbərlər göstərdi ki, bu raketlər yalnız Rusiya tərəfindən hazırlanıb və çox güman ki, Ukrayna onları Rusiyanın hücumuna qarşı müdafiə məqsədilə atıb.

Laportanın bu hesabatı yalnız “yüksək rütbəli Amerika kəşfiyyat rəsmisinə” istinad edilərək dərc olunub. Halbuki bu xəbər agentliyinin qanunlarına görə, xəbər mənbələri anonim olduqda birdən çox mənbənin axtarılması tələb olunur.

Bu hadisəyə reaksiya olaraq Rusiya Müdafiə Nazirliyi Polşa sərhədinin 35 kilometrliyində heç bir hücum etmədiyini açıqladı.

Polşa prezidenti Andji Duda da öz növbəsində bunun təsadüfən baş verdiyini və böyük ehtimalla raketin Rusiyaya aid olmadığını bildirdi.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil