Seyyid Əbdülməlik Bədruddin əl-Hüsi Əhməd Cəbrayılın vəfatı ilə əlaqədar başsağlığı verdi

Qafqaztimes xəbər verir ki, Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmənin Ənsarullahının baş katibi Seyyid Əbdülməlik Bədruddin əl-Hüsi, Fələstin Azadlıq Xalq Cəbhəsinin baş katibi Əhməd Cəbrayılın vəfatı ilə əlaqədar başsağlığı verib.

Seyid Əbdülməlik Əl-Hüsi bu başsağlığı mesajında deyib: “Mərhum Cəbrayılın ailəsinə və Xalq Cəbhəsinə, Müqavimətə və Fələstin xalqına, Ərəb ümmətinə və İslam ümmətinə başsağlığı veririk.”

Yəmən Ənsarullah hərəkatının baş katibi belə əlavə edib: “Mərhum Əhməd Cəbrayıl müqavimət tarixində öz sədaqət və fədakarlığı ilə qəsbkar sionist rejiminə qarşı böyük divar yaradan müqavimətin bir mühüm siması idi.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!