Qaşıqçının nişanlısı onun qətli ilə bağlı məhkəmə prosesinin yenidən başlandığını elan etdi

Qafqaztimes xəbər verir ki, Əl-Aləm telekanalının verdiyi məlumata görə, Ali-Səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çəngiz twitter-də nişanlısının qətli ilə bağlı İstanbul məhkəməsində yeni dinləmələrin başlanmasını elan edib.

Xədicə Çəngiz həmçinin twitter hesabında yazıb: “Bundan əvvəl keçirilən iclasda şübhəli olanlar siyahısına başqa adlar da əlavə etmək istəyirdik, lakin iş üzrə hakim bu addımı rədd etdi.”

Camal Qaşıqçının nişanlısı belə əlavə edib: “Bu qətlin zərbəsi yalnız Camalın itkisi deyil, çünki bu insanlığa qarşı işlənmiş bir cinayətdir və bu cinayət bağışlanmaz və unudulmazdır. Mən həmişəki kimi sabah da ədalət qapılarının qarşısında gözləyəcəm.”

Qeyd edək ki, Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının vəliəhd agentləri tərəfindən İstanbuldakı Səudiyyə konsulluğunun içərisində vəhşicəsinə qətlə yetirilmişdir.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?