Seyid Həsən Nəsrullah: Ukraynada baş verənlərə görə ilk növbədə ABŞ məsuliyyət daşıyır

QafqazTimes xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Seyid Abbas Musəvinin şəhadətinin 30-cu ildönümü münasibətilə Beyrutda etdiyi çıxışında Rusiya və Ukraynadakı mövcud böhranı təhlil edərkən deyib: “Rusiya-Ukrayna böhranının nəticələri dünya üçün təhlükəlidir və hər bir ehtimal gözlənilir. Biz iki tərəf arasında mövcud münaqişənin gedişatını izləmək və orada baş verənlərdən ibrət almalıyıq.”

Seyid Həsən Nəsrullah Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə bəzilərinin bunu bəyəndiyini, bəzilərinin pislədiyini, bəzilərinin isə neytrallığını elan etdiyini açıqlayıb. Burada vacib olan bu qlobal hadisəni izləmək və hər saat və hər gün ondan dərs almaqdır. Bu gün Rusiya ilə Ukrayna arasında baş verənlərə diqqət yetirsək, vəziyyətin Rusiya-Ukrayna müharibəsindən kənara çıxması ehtimalı gözlənilir. Bu gün baş verənlər arasında bölgədə öyrənilməsi lazım olan çoxlu dərslər vardır.

Livan Hizbullahının baş katibi daha sonra müxtəlif ölkələrdə baş verən oxşar hadisələr qarşısında qlobal mövqe və standartlardakı ikiliyə işarə edərək deyib: Dünyanın müxtəlif ölkələri ilə münasibətdə ikili standartlar var. Sual budur ki, ABŞ Əfqanıstan və İraqı işğal edən və yüz minlərlə insanı qətlə yetirən zaman dünya necə reaksiya verdi, Rusiyanın Ukraynaya girməsi və hərbi əməliyyatların başlaması ilə verilən reaksiyalar necədir?”

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO