Laqodexidə Məbəs bayramı

QafqazTimes.com: Laqodexi rayonunun Qabal kəndində Hz. Məhəmməd Peyğəmbərin (s) “Məbəs” bayramı (Peyğəmbərliyə çatdığı gün) münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə din, ictimaiyyət xadimləri və azərbaycanlılar yaşayan Laqodexinin 4 kəndindən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.

Tədbirin aparıcısı Laqodexinin baş axundu Kərbəlayi Kamran Abbasov Quran tilavətindən sonra qonaqları salamlayıb, təbriklərini çatdırdıqdan sonra Məbəs bayramı haqqında məlumat verib.

Sonra kürsüyə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Ryhaniləri heyətinin üzvü Məşədi Vidadi Qurbanov, Şərqi Gürcüstan müftisinin Laqodexi üzrə nümayəndəsi Aqil Mamedov, kəndin imamı Rövşən Sulikov və başqaları dəvət edilib.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…