Seyid Həsən Nəsrullah: İslam İnqilabının bərəkətlərindən biri mübahisə amili kimi görünən nöqtəni yaxınlaşma və vəhdət amilinə çevirməsidir

Qafqaztimes xəbər verir ki, Livan Hizbullah hərakatının baş katibi Seyid Həsən Nəsrullah Həzrət Peyğəmbərin (s.ə.a) mövludu və Vəhdət Həftəsi münasibətilə çıxış edib.

Livan Hizbullah hərəkatının baş katibi çıxışının əvvəlində deyib: “Biz Allah-taalanın əmr etdiyi kimi, Rəsulullahı özümüzə nümunə bilməliyik.”

Seyid Həsən Nəsrullah belə qeyd edib: “İmam Xomeyninin(r) və İranda İslam İnqilabının bərəkətlərindən biri mübahisə amili kimi görünən nöqtəni yaxınlaşma və vəhdət amilinə çevirməsidir. Məhz bunun üçün Rəbiüləvvəl ayının 12-dən 17-ə qədər Vəhdət Həftəsi olaraq qeyd olunması təşəbbüs olundu.”

Seyid Həsən Nəsrullah həmçinin deyib: “Allah Rəsulunun ən böyük uğuru, bir nəzəri ilə insanları dəyişə bilməsi idi. O, 23 il ərzində bütpərəstliyi tövhidə çevirə bildi.”

Hizbullahın baş katibi həmçinin Fələstin məsələsinə toxunarkən deyib: “Fələstində məzlum bir millət, işğal edilmiş və müqəddəs bir torpaq var və heç bir insan bu məsələyə əhəmiyyətsiz yanaşa bilməz. Fələstin bu millətin həmrəylik nöqtəsidir və biz bu məzlum xalq qarşısında məsuliyyətimizi unutmamalıyıq.”

Seyid Həsən Nəsrullah bu çıxışında Yəmən böhranına da işarə edərək deyib: “Təhlükəsizlik Şurası daim xalqın iradəsindən (ona hörmətdən) danışır. Ancaq bir neçə gün əvvəl Yəməndə geniş nümayişlərin şahidi olduq. Yəmən xalqının iradəsinə hörmət edilmirmi? Yəməndə mühasirə davam edərkən sözü gedən atəşkəs həqiqətdə savaşın davam etməsi deməkdir.”

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək