Mossad casuslarının Türkiyədəki fəaliyyətləri ilə bağlı yeni detallar açıqlanıb

Qafqaztimes xəbər verir ki, Türkiyənin “Sabah” qəzeti üzvləri bir müddət əvvəl Türkiyədə həbs edilən Mossad casus qruplaşması ilə bağlı yeni təfərrüatları dərc edib.

Bundan öncə Türkiyə mənbələri Türkiyə təhlükəsizlik qüvvələrinin sionist rejimin casus aparatına aid 15 nəfərlik bir qrupu həbs etdiyi barədə məlumat yaymışdılar.

Sabah qəzetinin dünənki xəbərinə görə, bu iş üzrə müttəhimlərdən biri Mossad casusu ilə əlaqədə olmuş və bu şəxsin sionist rejim üçün işlədiyini bilmədən ona araşdırmalar və tədqiqat materialları göndərərək pul alıbmış.

Sabah əlavə edib ki, İstanbulda olan digər bir müttəhim Türkiyədən kənarda tələbələrə məsləhət verirmiş və onun Mossad üzvləri ilə ilk rabitəsi 2018-ci ildə baş verib. Mossad əməliyyatçıları onunla WhatsApp vasitəsilə əlaqə saxlayıb, Almaniyada övladlarının Türkiyədə təhsillərini davam etdirməyini istəyən bir neçə ərəb müştərisi olduğunu bildirmiş və ondan da eyni şəkildə məlumat almışlar.

“M.A.S.” kimi tanınan bu müttəhim Fələstinli tələbələrin Türkiyə universitetlərinə necə daxil olduqları və Ankaranın onlara təmin etdiyi imkanlar barədə “A.Z.” adlı Mossad casusuna məlumat veribmiş.

Türkiyə qəzeti əlavə edib ki, təqsirləndirilən şəxs Mossad casusuna göndərdiyi lazımi materiallardan bir həftə sonra bunun qarşılığında “Western Union” ticarət şirkəti vasitəsilə yüz minlərlə avro alıb.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib