Seyid Həsən Nəsrullah: Hizbullah vətəndaş müharibəsi tələsinə düşməyəcək

Qafqaztimes xəbər verir ki, Əl-Əxbarın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu hərəkatın düşmənin vətəndaş müharibəsi tələsinə düşməyəcəyini vurğulayıb.

Seyid Həsən Nəsrullah Məhərrəm ərəfəsində din xadimləri ilə görüşündə Hizbullah hərəkatının bir üzvünün dəfn mərasimində yaşanan son gərginliyə toxunaraq deyib: “Hizbullah vətəndaş müharibəsinə girməyəcək və biz nə edəcəyimizi bilirik.”

Livan Hizbullah partiyasının baş katibi çıxışının bir hissəsində, düşmənlərin hərəkata qarşı fitnəsinin üç əsas yönümünə işarə edərək deyib: “Onların ilk addımları Hizbullahın imicini ləkələmək, ikincisi isə bu hərəkatı daxili qarşıdurmaya doğru sürükləməkdir.”

Vətəndaş müharibəsi fitnəsinə gəldikdə, o belə əlavə edib: “Bu, Həririnin həbsdə olduğu dövrdə başlayan və vətəndaş müharibəsini alovlandırmaq məqsədi daşıyan plana əsaslanır. Lakin Livan siyasi qruplarının mövqeyi Səudiyyə Ərəbistanını təəccübləndirdi və mövqeyini dəyişməyə məcbur etdi.”

Related posts

Oman müftisi ABŞ tələbələrinin Qəzzə aksiyasını dəstəkləyib

Qəzza…

Guardian: İngiltərə Qəzzəyə humanitar yardım paylamaq üçün canlı qüvvə göndərir?!