Çin iqtisadi və hərbi cəhətdən super gücə çevrilməkdədir

Qafqaztimes xəbər verir ki, Rəy Əl-Yovm onlayn qəzetinin baş redaktoru və tanınmış ərəb analitiki, Çinin artan iqtisadi və hərbi gücünə və onun dünyanın iqtisadi və hərbi cəhətdən ən güclü dövlətinə çevrilmək üçün tərəqqisinə işarə edərək yazıb: “ABŞ-ın Pekinə qarşı tətbiq etdiyi sanksiyalar, Çini öz ölkəsində sanksiya tətbiq olunan məhsulları istehsal etməyə vadar etdi. Hansı ki, İran da bu işi görür.”

ABŞ prezidenti Co Baydenin administrasiyası, Çinlə qarşı-qarşıya gəlmənin ölkəsinin milli təhlükəsizlik prioritetlərinin olduğunu düşünür və bu məsələdə keçmiş prezident respublikaçı Donald Tramp administrasiyası ilə eyni strategiyasını həyata keçirir. Lakin onlar arasındakı fərq bundan ibarətdir ki, Bayden Çinlə tək mübarizə etmək yox Hindistan, Avstraliya, Cənubi Koreya və bəlkə də Yaponiyadan ibarət koalisiyası qurmaqla bu mübarizəni davam etdirməyə çalışır.

Bu məlumatda həmçinin qeyd olunub ki, ABŞ təyyarə daşıyan hərbi gəmilərinin Cənubi Çin dənizində olması da qarşıdakı döyüşdə digər bir cəbhə və hətta ən əhəmiyyətli cəbhə ola biləcək bir həssas nöqtədir. Çin rəhbərliyi hazırda ABŞ koalisiyasına qarşı çıxmaq üçün Rusiya, İran və Şimali Koreya, eləcə də Pakistanla dörd və ya beş tərəfli ittifaq qurmağa çalışır. Hindistanın ABŞ və sionist rejimə yaxınlaşması faktı nəzərə alınmaqla Pakistanın gələcək müharibələrdə Çinin kənarında böyük rol oynayacağı gözlənilir.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…