“Salam Fərmandeh”in əks-sədası sionist telekanalına çatıb

QafqazTimes xəbər verir ki, “Salam Fərmandeh” mahnısı sionist analitiklərin diqqətini çəkib.

“Əl-Məyadin” telekanalı ötən gün (cümə) xəbər verib ki, son zamanlar virtual məkanda əks-səda doğuran İranın “Salam Fərmandeh”adlı dini mahnısı İranın coğrafi hüdudlarından kənara çıxaraq işğal altındakı Fələstinə də çatıb.

Əl-Məyadin əlavə edib ki, bu dini mahnının özündə ehtiva etdiyi və İmam Zamana (ə) xitab edilən sözlərinin dərinliyi və mesajı israilli analitiklərin də diqqətini çəkib.

Bu xəbərin davamında sionist telekanalının bir analitikinin fikirləri də qeyd olunub. O, deyib: “Bu, İranın dini mahnısıdır, adı “Salam Fərmandeh”-dir və məqsəd şiələrin on ikinci imamını yada salmaq və onun qayıtması üçün dua etməkdir.”

Əl-Məyadin belə davam edir: “İsraildəki müşahidəçilərin nəzərinə görə bu ilahi mahnının ifasında və onun dünyanın müxtəlif dillərinə tərcüməsində iştirak edən nəsil İran İslam İnqilabının dəyərlərinə, mədəniyyətinə və prinsiplərinə yüksək bağlılığı ortaya qoyurlar.”

Əl-Məyadin bir daha Kan telekanalının analitikinin sözlərini qeyd edərək yazır: “Hədəf gənc nəsildir və mühüm nöqtə də buradadır. Digər maraqlı məsələ isə bu mahnının başqa dillərdə, o cümlədən ərəb dilində ifa olunmasıdır. Son bir neçə həftədə ərəb dünyasında bu mahnının kütləvi icrasının şahidi olduq, başqa sözlə desək, bu mahnı İran hüdudlarından kənara çıxıb.”

Bu Livan şəbəkəsi qeyd edir ki, “Salam Fərmandeh”-in “Salam Ya Mehdi” adlanan Livan versiyası işğal olunmuş ərazilərdəki ekspertlərin də diqqətini cəlb edib və onların fikrincə, Hizbullah İsraillə mübarizə üçün bu mahnıya xüsusi bir əhəmiyyət verir.

Kanın eksperti bu barədə deyir: “Livanda bu mahnıya xüsusi əhəmiyyət verilib. Biz Zahiyədə, cənubda və Baalbekdə bu mahnının ifasının şahidi olduq. Hizbullaha bağlı qrupların mərasimində gənclər bu mahnını təkrarlayırdılar. Livanda həqiqətən də böyük bir aktivlik var idi.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO