İran İsveç məhkəməsinin Həmid Nuri haqqında çıxardığı hökmü kəskin şəkildə pisləyib

QafqazTimes xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ötən gün (cümə axşamı) iyulun 14-də İsveçdə həbsdə olan İran vətəndaşı Həmid Nuriyə qarşı irəli sürülən ittihamlarla bağlı İsveç məhkəməsinin mətbuata verdiyi açıqlamaya münasibət bildirib.

İran mediasının məlumatına görə, İsveç məhkəməsi Həmid Nuriyə ömürlük həbs cəzası verib.

1991-ci ildə təqaüdə çıxan və o vaxtdan müstəqil işlə məşğul olan keçmiş ədliyyə işçisi Həmid Nuri 2018-ci ilin noyabr ayında övladlığa götürdüyü qızının ailə münaqişələrini həll etmək üçün İsveçə getmiş və Stokholm hava limanına daxil olan zaman bu ölkənin polisi tərəfindən həbs olunmuşdur. O vaxtdan bəri o, təkadamlıq kamerada saxlanılır. Həmid Nurinin ittihamı terror qruplaşmasının bir sıra üzvlərinin onun barədə yalan iddialarına əsaslanır.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu bəyanata reaksiya olaraq deyib: “İran İslam Respublikası İslam Respublikasına və ölkəmizin məhkəmə sisteminə qarşı əsassız və uydurma ittihamları ehtiva edən bu siyasi bəyanatı rədd edir, eləcə də cənab Həmid Nuriyə ömürlük həbs cəzası verilməsini qətiyyətlə pisləyir.”

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: “Bu gün hökmün elanı zamanı oxunanlar onu göstərdi ki, İsveç məhkəmə sistemi bir terror qrupunun bu ölkədə fəaliyyət göstərməsinə icazə verməsi və həmçinin ayrı-seçkilik qoymadan terrorizmlə mübarizə sahəsində beynəlxalq məsuliyyətini pozması ilə bağlı İran xalqına cavab vermək əvəzinə, əslində terrorizmi dəstəkləyərək, onu təbliğ edir.”

Kənani daha sonra vurğulayıb: “İran İslam Respublikası üçün tamamilə aydındır ki, cənab Həmid Nuri məsələsi heç bir real sübut və hüquqi əsası olmayan siyasi propaqanda üçün bir bəhanədir.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?

1 şərh

דירות דיסקרטיות İyul 15, 2022 - 2:33 axşam

A motivating discussion is definitely worth comment. I believe that you ought to write more on this subject matter, it might not be a taboo matter but generally folks dont talk about these subjects. To the next! Best wishes!!

Add Comment