Sadir Cabbarov Seyyid İbrahim Rəisini təbrik etdi / Qırğızıstan İranla əlaqələrin inkişafına ümid edir

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, Qırğızıstan prezidenti Sadir Cabbarov yeni seçilmiş prezident İbrahim Rəisiyə İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib.

Cabbarov məktubda belə qeyd edib: “Qırğızıstan-İran münasibətləri hər zaman dəstək və inam üzərində qurulmuşdur. İnanıram ki, Qırğızıstan Respublikası ilə İran İslam Respublikası arasındakı konstruktiv əməkdaşlıq ikitərəfli və çoxtərəfli dostluq münasibətlərinin inkişafına kömək edəcəkdir.

Bu məktubda Qırğızıstan prezidenti həmçinin yeni seçilən prezidentə möhkəm cansağlığı və uğurlar arzulamış və İran xalqına xoşbəxtlik və firavanlıq arzulamışdır.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək