Ayətullah İbrahim Rəisi mətbuat konfransında : Prioritetimiz qonşularımızla münasibətlər olacaqdır

Qafqaztimes xəbər verir ki, İİR-nın yeni seçilən prezidenti Ayətullah İbrahim Rəisi bazar ertəsi bir mətbuat konfransında daxili və xarici jurnalistlərin xarici siyasətlə bağlı suallarına cavab verib.

Ayətullah Rəisinin xarici siyasətlə bağlı söylədiyi əsas məqamlar bunlardır:

Dünya bilməlidir ki, hökumətimizin xarici siyasəti nüvə anlaşmasından başlamır və yalnız bu anlaşma ilə məhdudlaşmayacaqdır.

İnşallah bütün dünya ölkələri ilə xarici siyasətdə bir prinsip olaraq geniş və balanslı qarşılıqlı əlaqəyə sahib olacağıq və milli maraqların təmin olunduğu hər bir danışıq dəstəklənəcəkdir.

İslam Respublikası həmişə məzlumlara dəstək olacaqdır. Fələstin məzlumdu və biz Fələstinə dəstək olacağıq.

Dünyanın bütün ölkələri ilə münasibətlərin, xüsusən qonşu ölkələrlə əlaqələrin olacağını elan etdik.

Prioritetimiz qonşularımızla münasibətlər olacaq və Səudiyyə Ərəbistanı ilə qarşılıqlı səfirliklərin açılması ilə bağlı İslam Respublikası tərəfindən heç bir maneə yoxdur.

Ayətullah Rəisinin “Ruptly” agentliyinin verdiyi “Yaranan problemləri həll etmək üçün ABŞ prezidenti ilə görüşməyə hazırsınızmı?”, sualına qısa olaraq “Xeyr” cavabı verməsi mətbuat konfransında yadda qalan məqamlardan biri olmuşdur.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…