Şabak rəsmisi: İsrailin ağır vəziyyətdədir

İsrail milli təhlükəsizlik təşkilatının ŞABAK keçmiş sədri ölkəsinin hal-hazırda çox pis vəziyyətdə olduğunu etiraf edib.

İRNA-nın məlumatına əsasən, Yakoov Peri sionist rejimin vəziyyətinin təəssüfləndirici olduğunu qeyd edərək deyib: Hal-hazırda İsrail xalqının nigarançılıqlarına cavab verə bilən bir rəhbəri yoxdur.

Baş nazir Benyamin Netanyahunu heç kəsin sözünə baxmayaraq özbaşınalığından şikayətlənən Yakoov əlavə edib: İsrailin belə bir pis vəziyyətə düşməsini heç vaxt görməmişdim.

Yakov sonda vurğulayıb: Girovlar azad olunmazsa müharibə kabinetində Beni Qants və Qadi Ayzenkut istefa verəcək və bu isə ümumilikdə nazirlər kabinetinin parçalanmasına gətirib çıxaracaq. Qeyd edək ki, sionist rejimin dəstəkçisi olan Amerika prezidenti Co Bayden cümə axşamı CNN-ə müsahibəsində deyib: “Amerikanın İsrailə verdiyi və indi verməyi dayandırdığı bombalar mülki insanların qətli üçün istifadə edilib. İsrail Rəfaha daxil olarsa, mən onlara bu problemlə (müqavimət qrupları) indiyə qədər istifadə edilmiş silahları verməyəcəyəm.

Related posts

Sionist qəsəbə sakinləri Qəzzə humanitar yardım maşınlarının qarşısını alıb

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı