Netanyahu: Yüzlərlə hərbçimiz həlak olub

Sionist rejimin qatil baş naziri Qəzzə müharibəsində ölkə ordusunun yüzlərlə hərbçisinin həlak olduğunu etiraf etdiyi halda Rəfəhə hücumların davam etdirtiləcəyini vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netanyahu CNN telekanalı ilə müsahibəsində deyib: ABŞ prezidenti Co Bayden İsrailə silah yardımlarını dayandırması barədə böyük səhvə düşüb və aramızda olan konfliktləri həll edəcəyimizə ümid edirəm.

Netanyahu həmçinin Rəhərə hücumda Həması məğlub edəcəklərini vurğulayaraq deyib ki bu günə kimi Həmasın 24 taborundan 20-ni məhv etmişik.

Əlbəttə Benyamin Netanyahu Amerikanın İsrailə silah yardımlarını dayandırması barədə şərtlərindən sonra demişdi ki, tək qalsaq da, dişimizlə-dırnağımızla müharibəni davam etdirəcəyik.

Related posts

Sionist qəsəbə sakinləri Qəzzə humanitar yardım maşınlarının qarşısını alıb

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı