Səudiyyə Ərəbistanı tikilən “Ağıllı şəhər” üçün 400 milyard dollar ayırıb (Video izlə)

Səudiyyə Ərəbistanının tikintisinə başladığı “The Line” (“Xətlər”) şəhərinin yeni videogörüntüləri yayılıb.

Görüntülərdə şəhərin tikintisinə necə başlandığı əks olunur.

Belə ki, 170 kilometr uzunluğunda olacaq şəhərdə 9 milyon insanın yaşaması nəzərdə tutulur.

“Ağıllı şəhər” hündürlüyü 500 metrə qədər olan “divardan” ibarət olacaq. Həmçinin şəhərdə  avtomobillər olmayacaq.

Tikintinin ümumi xərcinin 400 milyard dollar olduğu bildirilib. Bir çox mütəxəssislər bu işin gözləntiləri doğrultmayacağını və xərclənən pulların heçə gedəcəyini bildirirlər.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO