Nəhəng tanker balıqçıların olduğu qayıqla toqquşdu (Video izlə)

Rusiyada Don çayında nəhəng “Suzdal” tankeri kiçik mühərrikli qayıqla toqquşub. Hadisə zamanı qayıqda üç balıqçı olub, xoşbəxtlikdən, onlar vaxtında suya tullana biliblər və xəsarət almayıblar.

Şahidlər hadisənin görüntülərini sosial şəbəkədə paylaşıblar. Artıq qəza ilə bağlı araşdırmalara başlanılıb. 

Məlumata görə, Rostov Nəqliyyat üzrə İstintaq İdarəsinin müstəntiqləri həm toqquşmaya səbəb olan tankerin kapitanının, həm də qayıqlarda balıq tutanların hərəkətlərinə hüquqi qiymət verəcəklər.

Related posts

Nəhəng qum fırtınası insaları vahiməyə saldı – VİDEO

Türkiydə dəhşət: Qonşusunu maşının arxasına bağlayıb sürüdü – FOTO/VİDEO

“WhatsApp” daha bir yeniliklə gəlir – FOTO