Səudiyyə Ərəbistanı: Builki Həcc ziyarəti yalnız yerli zəvvarların iştirakı ilə keçiriləcəkdir

Qafqaztimes xəbər verir ki, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi şənbə günü etdiyi açıqlamada deyib: 1442 hicri (2021) həcc ayinləri yalnız 60.000 vətəndaşın və bu ölkədə yaşayan şəxslərin iştirakı ilə keçiriləcəkdir.

Açıqlamada belə əlavə edilib: “Bu qərarın səbəbi Covid-19 epidemiyasıdır və bu ilki mərasimlərə qatılmaq niyyətində olan zəvvarlar yoluxucu xəstəliklərdən uzaq olmalıdırlar. Ayrıca 18- 65 yaş arasındakı yaş qrupları builki Həccdə iştirak edə bilərlər. Onlar mütləq koronavirusa qarşı peyvənd qəbul etmiş olmalıdırlar.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO