Şənbə günü İraqda ümumxalq matəm elan edildi

Qafqaztimes xəbər verir ki, İraqın baş naziri Mustafa Əl-Kazimi şənbə günü ölkənin təqlid mərcələrindən biri olan Ayətullah Seyyid Muhəmməd Səid Həkimin vəfatı ilə əlaqədar ümumi matəm elan edib.

Digər tərəfdən, Nəcəf valisi Əl-Yasiri bu təqlid mərcəsinin vəfatı səbəbiylə bu əyalətdə üç günlük ümumi matəm elan edib.

Fars Xəbər agentliyinin verdiyi məlumata görə, cümə günü Nəcəfdəki dörd təqlid mərcəsindən biri olan Ayətullah Seyyid Muhəmməd Səid Həkim Nəcəfdəki xəstəxanalardan birində ürək tutması səbəbiylə həyatını itirib.

Ayətullah Seyyid Muhəmməd Səid Təbatəbai Həkim Nəcəfdə anadan olub. O, hicri qəməri tarixi ilə XIV əsrin təqlid mərcələrindən olan Seyid Möhsün Həkimin qız nəvəsidir.

Seyid Muhəmməd Həkim Səddam Hüseyn rejimi dövründə 8 il həbsdə olmuşdur. O, Seyyid Əbülqasim Xoyinin ölümündən sonra təqlid mərcəsi oldu. İndiyədək Seyyid Muhəmməd Səid Həkimin fiqhi məsələlər və bəzi ictimai mövzularla bağlı qırxdan artıq cilddə 24 kitabı nəşr edilmişdir. Bəzi əsərləri isə başqa dillərə də tərcümə edilmişdir.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…