Həniyyə bütün fələstinli əsirlərin azad edilməsi üçün işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb

Qafqaztimes xəbər verir ki, Həmasın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə, əsirlikdən azad olmuş bir fələstinli qadın Ənhar Diklə telefon əlaqəsi saxlayaraq, onun iradəsini və səbrini yüksək qiymətləndirmişdir.

Palestine Online -a görə, Həniyyə sionist rejimin zindanlarındakı bütün fələstinli əsirlərin azad edilməsi üçün davam edən səyləri bir daha vurğulayaraq deyib: “Əsirlərin məsələsi bizim gündəmdə olan əsas problemimizdir.”

Hamilə bir qadın olan Ənhar Dik doğuş astanasındadır. Buna görə də son vaxtlar pis həbsxana şəraitinə görə onun sağlamlığının təhlükəyə düşməsi ilə bağlı bir çox xəbərdarlıqlar edimişdi.

Əsirlərin İşləri üzrə Komitənin tədqiqat şöbəsinin müdiri Əbdül Nasir Fərvanə, İsrail həbsxanalarında təxminən 4800 fələstinli əsirin saxlanıldığını söyləyib.

Bu statistikaya görə, İsrail həbsxanalarda 39 qadın, 170 uşaq və onlarla qoca olmaqla təxminən 4800 fələstinli əsir saxlanılır.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!