Səmada qalaktikaya bənzəyən sirli mavi spiralın heyrətamiz görüntüsü (Video izlə)

Gecə səmada qalaktikaya bənzəyən sirli mavi spiral görənləri heyrətə gətirib. Bununla bağlı sosial şəbəkələrdə yayılan kadrlar çoxlu müzakirələrə səbəb olub.

Kadrlar Havay adalarında Mauna Kea vulkanının zirvəsi yaxınlığında astronomik rəsədxana tərəfindən Yaponiyanın “Subaru-Asahi Star Camera”sı tərəfindən qeydə alınıb.

Sonradan məlum olub ki, fantastik görünüşünə baxmayaraq, spiralın çox sadə izahı var imiş. Məlumata görə, həmin gün Floridadakı kosmodromdan “Falcon 9” raketi buraxılıb. Kameranın qeydə aldığı görüntülər isə atmosferə atılan raket yanacağının donmuş qalıqlarının izi olub.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO