Daşları odlu silaha çevrilən Fələstin xalqı

İşağl olunmuş ərazilərdə sionist rejimə qarşı daşla mübarizə aparan fələstinlilərin son zamanlar İsrail istehsalı olan odlu silahlardan istifadə etməsi işğalçı rejimin zəifliyindən xəbər verir.

İSNA-nın verdiyi xəbərə əsasən, İordan çayının qərb sahillərində 13 yaşlı bir yeniyetmənin sionist rejim hərbçiləri ilə qarşıdurmada Belçika istehsalı olan odlu silahla özünü müdafiə etməsi İsraildəki vəziyyətin o qədər də yaxşı olmadığından xəbər verir.

Yadiut Aharanut yazır: Fələstinlilərin istifadə etdiyi İsrail istehsalı olan silahlar modern silahlardır və onların bu silahları necə əldə etməsi isə müəmmalı məsələdir. Çünki bu silahlar təkcə İsrail odurunda istifadə edilir.

Məlumata görə son illərdə İsrail ordusunun silah anbarında oğurluq faktları həddən artıq çox olub və oğurlanan bu silahlar isə fələstinli müqavimət qruplarına satılıb.

Təkcə bir oğurluq faktını isə ötən ilin noyabr ayında media faş edərək yazmışdı ki, hərbi hissəyə aid olan bir silah anbarından təqribən 70 min güllə  və 70 əl qumbarası oğurlanıb.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO