Şəbaniyyə xütbəsi Ramazan ayının mənəvi imkanlarını dərk etmək üçün çox ibrətamizdir

Əl-Mustafa Universitetinin Orta Asiyadakı nümayəndəliyinin direktoru Höccətül-islam vəl-müslimin Təhmasib Hatəmi, “Sevgi Ayının hədiyyələri” mövzusunda hazırlanmış silsilə Ramazan mühazirələrində belə bildirdi: Ramazan mərhəmət, bağışlanma və bərəkət ayıdır. Şəban ayının son cüməsində İslam Peyğəmbəri (s.ə.a.s) Ramazan ayı barədə bir xütbə söyləmişlər ki, bu, Ramazan ayının mənəvi imkanlarını dərk etmək istəyən hər bir müsəlman üçün çox ibrətamizdir, çünki Ramazan ayı həqiqətən tanınması vacib olan bir aydır.

Höccətül-islam Hatəminin Ramazan ayının ilk günündə söylədiyi bu dəyərli kəlamının məzmununu diqqətinizə çatdırırıq:

“Bağışlayan və mehriban Allahın adı ilə! İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmlərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!

Bütün müsəlman qardaş və bacılarımı müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm və Uca Allahdan bu Ramazan ayından mümkün qədər çox istifadə etməyimiz üçün lütf və mərhəmətini  diləyirəm.

Bu günkü bəhsimiz dünyada mənəviyyatın yayılmasının vacibliyi və Ramazanın epistemik potensialından istifadə edilməsidir.

Ramazan mərhəmət, bağışlanma və bərəkət ayıdır. Şəban ayının son cüməsində İslam Peyğəmbəri (s.ə.a.s) Ramazan ayı barədə bir xütbə söyləmişlər ki, bu, Ramazan ayının mənəvi imkanlarını dərk etmək istəyən hər bir müsəlman üçün çox ibrətamizdir, çünki Ramazan ayı həqiqətən tanınması vacib olan bir aydır. Ramazan ayının gəlişinin intizarında olmaq və sonra bir ay boyunca Allahın ziyafətinə qatılmaq kifayət deyildir, bu ayı dərk etmək də gərəkdir.

Ramazan, Quranın nazil olduğu aydır. Qədr Gecəsinin məhz bu aydadır. Min aydan daha xeyirli olan Qədr Gecəsi və bəşəriyyətin hidayət üçün gələn və Allahın son, ən kamil kitabı olan Qurani Kərim bu ayda bəşəriyyətə nazil olmuşdur. “İnna ənzəlnahu fi ləylətil-qədr”. Yəni, Allahın bu kitabı Ramazan ayına məxsus olan Qədr gecəsində nazil olmuşdur. Doğrudan da bunun dərk edilməsi və öyrənilməsi lazım deyildirmi? Bizlər bu potensialları yaxşı bilməli və başqalarına düzgün izah etməliyik, çünki dünya bü gün mənəviyyata susuzdur.

Ancaq bu mənəviyyat özüməxsus vasitələrlə dünyaya çatdırılmalıdır. Ramazan mərhəmət, bərəkət və bağışlanma ayı olduğu üçün insanlar arasında qəbul edilməsi üçün zəmin çoxdur. Buna görə də bu ilahi maarifi gözəl şəkildə təsnif etməli və insanlara təqdim etməliyik. Allah-taala bu Ramazan ayından faydalanmağı bizə nəsib etsin.  Allahın salamı və rəhməti sizlərə olsun.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?